Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 14 oktyabr — Sputnik. 1945-ci il təvəllüdlü Quba sakini ağır yol qəzası nəticəsində həyati təhlükə ilə üzləşib.
Hadisə Bakı-Quba magistralının Quba rayonunun İqrik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 17:30 radələrində baş verib.
Həmin vaxt yolu keçmək istəyən 72 yaşlı Sədaqət İsgəndərovanı maşın vuraraq yolun kənarına atıb.
Ağır xəsarət alan yaşlı qadın Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə xəstənin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.