BAKI, 14 oktyabr — Sputnik. "Sumqayıt" klubu bir müddət əvvəl həbs olunan futbolçusu Nicat Muxtarovun azadlığa çıxması ilə bağlı mövqeyini açıqlayıb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, "Sumqayıt" 22 yaşlı yarımmüdafiəçinin klubdakı taleyi ilə bağlı məhkəmə yekunlaşdıqdan sonra qərar verəcək.
Onun "Sumqayıt"a qayıtması isə istintaq başa çatandan sonra mümkün olacaq: "Nicat Muxtarov azadlıqdadır, buna sevinirik. İstintaq müddəti bitmədən onun "Sumqayıt"a qayıtması mümkün olmayacaq. Məhkəmə yekunlaşdıqdan sonra klubda qalıb-qalmaması ilə bağlı qərar verəcəyik".
Qeyd edək ki, N.Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt Telekommunikasiya Qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub.