CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəfərova: “İnfeksion xəstəliklərin yayılmasının səbəbi immun sisteminin zəif olmasıdır”

Abunə olmaq
Həkim-terapevt Mətanət Cəfərova deyir ki, tempratur fərqinin yaranması virus epidemiyası üçün əlverişli şərait yaradır

Mətanət Cəfərova: “Xəstəliklərdən qorunmaq üçün bol mayenin qəbul edilməsi məsləhətdir”
Fəsil dəyişkənliyi zamanı insanlarda müxtəlif infeksion xəstəliklərə yoluxma halları müşahidə edilir.

Həkim-terapevt Mətanət Cəfərova Sputnik Azərbaycan-a deyir ki, xəstəliklərin artmasının, xüsusən də qripin yayılmasının səbəbi fəsil dəyişkənliyi və insanların immun sisteminin zəif olmasıdır:

“Tempratur fərqinin yaranması virus epidemiyası üçün əlverişli şərait yaradır. Qripdən qorunmaq üçün insanların çox olduğu yerlərdə az olmaq, ictimai nəqliyyatdan az istifadə etmək lazımdır. Belə vaxtlarda bol mayenin qəbul edilməsi məsləhətdir”.

Xəbər lenti
0