CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə paytaxtın bu ərazisinə yaxın düşməyin

© Sputnik / Ramil SitdikovYolda nişanlanma xətlərinin yenidən çəkilişi işləri, arxiv şəkli
Yolda nişanlanma xətlərinin yenidən çəkilişi işləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq

BAKI, 14 oktyabr — Sputnik. "Azəravtoyol" ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir. Qurumun mətbuat xidmtinin rəhbəri Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu, Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

"Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq" — o, əlavə edib.

Xəbər lenti
0