SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran ABŞ-ı müharibə ilə hədələdi

© AP Photo / Hasan SarbakhshianSEPAH əsgərləri, arxiv şəkli
SEPAH əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Atom Enerjisi Təşkilatının rəhbəri: "SEPAH ABŞ hökuməti tərəfindən terror təşkilatı siyahısına salınsa, bunu müharibə elanı hesab edəcəyik"

BAKI, 14 oktyabr — Sputnik. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) ABŞ tərəfindən terror təşkilatı siyahısına salınmasının ölkəsinə qarşı müharibə elanı mənasına gələcəyini deyib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Londonda səfərdə olan Əli Əkbər Salehi jurnalistlərin suallarını cavablandırıb.

Salehi deyib ki, SEPAH ABŞ prezidenti Donald Tramp hökuməti tərəfindən terror təşkilatı siyahısına salınsa, bunu müharibə elanı hesab edəcəyik. Bu, ABŞ-ın İran xalqına qarşı düşmənçilik davranışının bir hissəsi olacaq.

Əli Əkbər Salehi bildirib ki, İran, ABŞ-ın bu məsələdə tutacağı mövqeyinə uyğun qərarlar qəbul edəcək.

Qeyd edək ki, sabah Donald Trampın nüvə müqaviləsi ilə bağlı ABŞ-ın qərarını açıqlaması gözlənilir.

Xəbər lenti
0