Rufiz Hafizoğlu: “Avropa və ABŞ Türkiyəyə qarşı siyasi cəbhə açıb”
“ABŞ-da bir qrup yeni hakimiyyətlə Türkiyənin arasındakı münasibətləri pozmaq istəyir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan valilər toplantısında çıxışında deyib.
Trend İnformasiya Agentliyinin Yaxın Şərq redaksiyasının rəhbəri, ekspert Rufiz Hafizoğlu Sputnik Azərbaycan-a deyir ki, bütün baş verənlər ABŞ və Tükiyə arasındakı partnyorluğun əvvəlki kimi yaxşı olmadığını göstərir:
“Görünən məsələlər problemin hamıya bəlli olan tərəfləridir. Bunların əsas səbəbi bölgədə keçirilən hərbi əməliyyatlardır. ABŞ və Avropa çalışırdı ki, Rusiya Türkiyə münasibətləri korlansın. Artıq regionda qütbləşmə var. Avropa və ABŞ Türkiyəyə qarşı siyasi cəbhə açıb”.