ELM

Qalmaqallı tarix dərsliyi barədə dövlət qurumları birgə bəyanat verib

© Sputnik / Anar MustafayevУчебники по истории
Учебники по истории - Sputnik Azərbaycan
Abunə olmaq
"Tarix İnstitutunun müraciəti bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir"

BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin (TN) mətbuat xidmətləri, X sinif rus bölməsi üzrə "Ümumi tarix" dərsliyi ilə bağlı birgə bəyanat yayıb. AMEA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a göndərilən məlumata görə, bu günlərdə ölkə KİV-lərində Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif "Ümumi tarix" dərsliyi ilə bağlı müraciəti yer alıb.

Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan
ELM
Azərbaycanda böyük qalmaqala səbəb olan dərsliyin müəllifi danışdı

Müraciətdə şərh olunan məsələlər bir sıra KİV-in xəbər başlıqlarında AMEA-nın mövqeyi kimi qeyd olunub. AMEA və TN narahatdır ki, sərlövhələrdə gedən bu yanlışlıq bir sıra adekvat olmayan reaksiyalara gətirib çıxarır.

"Bu isə medianın əsas prinsiplərinə ziddir. AMEA-nın mətbuat xidməti olaraq bildiririk ki, akademiyanın struktur bölməsi olan Tarix İnstitutunun bu müraciəti bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir. AMEA-nın və Təhsil Nazirliyinin mətbuat xidmətləri kütləvi informasiya vasitələrində qeyd olunan məsələdə dürüst və obyektiv olmağı, xəbər başlıqlarına diqqətlə yanaşmağı xahiş edir" — deyə bəyanatda bildirilir.

Xəbər lenti
0