Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mədəniyyət və Turizm Nazirliyindən regionlara müjdə

© Sputnik / Leyla AbdullayevaXaçmaz Tarix-Diyarşünaslıq muzeyində film nümayişi
Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində film nümayişi - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəblilər də Azərbaycan filmlərinə baxmaq imkanı qazanıblar

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 13 oktyabr — Sputnik. Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi Nizami Kino Mərkəzi ilə birlikdə Bakıda və Azərbaycanın bir çox rayonlarında "Milli Kino Günləri" layihəsini həyata keçirir. Regionlarda filmlərin nümayişi prosesində Dövlət Film Fondu və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası da yaxından iştirak edir.

Sentyabr ayının 15-dən etibarən Xaçmaz rayonunun 3 məkanında — Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində, Xəzər kinoteatrında və Xaçmaz Mədəniyyət Evində "Azərbaycan film günləri" keçirilir. Filmlər pulsuz nümayiş etdirilir.

Filmlərin nümayişində daha çox məktəb şagirdləri və müəllimlər iştirak edirlər. Bu da şagirdlərin mariflənməsinə, Azərbaycan filmlərini daha yaxşı tanımalarına təkan verir.

© Sputnik / Leyla AbdullayevaXaçmaz Tarix-Diyarşünaslıq muzeyində film nümayişi
Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində film nümayişi  - Sputnik Azərbaycan
Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində film nümayişi

Xaçmaz rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva bu tədbirlərlə bağlı öz fikirlərini Sputnik Azərbaycan-la bölüşüb: "Belə layihələrin olması təqdirəlayiqdir. Çünki indiki uşaqların əksəriyyəti Azərbaycan filmlərini tanımağı bir yana, heç adlarını belə bilmirlər. Bu isə gələcək mədəniyyətimiz, kinomuz üçün böyük uçurum deməkdir. Uşaqları maarifləndirmək, mədəniyyətimizi təbliğ etmək, bizim borcumuzdur. Filmlərin nümayişində ucqar kənd məktəblərinin şagird və müəllim kollektivlərinin iştirakı nəzərdə tutulur".

"Kino günləri" ilə bağlı rayonun bir neçə yerində "afişa"lar vurulub.

Nümayiş olunan fimlərdə əsasən "tarixi", "müharibə" və "Hərbi vətənpərvərlik" mövzuları üstünlük təşkil edir.

Lahiyədə "Azərbaycanın milli qəhrəmanları" haqqında sənədli, eləcə də "Sizi dünyalar qədər sevirdim" və "Yenilməz batalyon" bədii filmləri nümayiş olunur.

Onu da qeyd edək ki, bu layihə hər il üç ay davam edəcək.

Xəbər lenti
0