BAKI, 13 oktyabr — Sputnik. Rusiyada yaşayan azərbaycanlı biznesmen Araz Ağalarovun oğlu, müğənni-bəstəkar Emin Ağalarov "Muz TV"–də yayımlanan "Напросились" (təxmini tərcüməsi — "Məcburi qonaq") verilişinin qonağı olub. Sputnik Azərbaycan xəbər verir ki, verilişin komandası bu dəfə Emin Ağalarovun Rusiyadakı malikanəsindən veriliş hazırlayıb.
Qeyd edək ki, Ağalarovun malikanəsinin ümumi sahəsi 4,5 min kvadrat metrdir. Evdə 13 yataq, bir neçə qonaq otağı, kino və idman zalları, səsyazma studiyası, çaya baxan geniş terras mövcuddur.