BAKI, 12 oktyabr — Sputnik. "Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq anti-Azərbaycan siyasəti yürüdən bəlli qruplar ölkəmizi uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər" — o qeyd edib. AŞPA-da 3-cü tərəflərin təsiri ilə açıq anti-Azərbaycan siyasət yürüdən bəlli qüvvələr çirkin niyyətlərinə nail ola bilməyəcəklər. #PACE pic.twitter.com/NXfsuz57xJ
— Hikmet Hajiyev (@HikmetHajiyev) 12 октября 2017 г.