Eks-səfir ABŞ-ı İraqın şimalına müdaxilə etməyə çağırdı

© AP Photo / David KarpZalmay Halilzad
Zalmay Halilzad - Sputnik Azərbaycan
Abunə olmaq
Qasım Süleymaninin İraqda olduğunu dilə gətirən Zalmay Halilzad bu bölgədə qarşıdurma ehtimalının yüksək olduğunu bildirib

BAKI, 12 oktyabr — Sputnik. ABŞ-ın Bağdaddakı keçmiş səfiri Zalmay Halilzad "Twitter" hesabından verdiyi açıqlamada İranı sərt tənqid edib.

Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, ABŞ-ın Bağdaddakı keçmiş səfiri İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qanadının komandanı, general Qasım Süleymaninin Kərkükə hücum etmək üçün İraqın "Haşdi Şabi" mülki milis qrupunu təşviq etdiyini söyləyib.

​Qasım Süleymaninin İraqda olduğunu dilə gətirən Zalmay Halilzad bu bölgədə qarşıdurma ehtimalının yüksək olduğunu bildirib.

ABŞ-lı diplomat İraq və "Kürdüstan" qüvvələri arasında toqquşma ehtimalının getdikcə artdığını söyləyib.

Vaşinqtonu bu vəziyyətə qarşı səssiz qalmamağa çağıran Zalmay Halilzad qarşıdurmanın yaranmaması üçün Amerikanın birbaşa müdaxiləsinin lazım olduğunu vurğulayıb.

Xəbər lenti
0