Mübariz Əhmədoğlu: “Azərbaycanın AŞPA-dan çıxması sadə bir məsələ deyil”
“Azərbaycan prezidenti AŞPA-ya veriləcək cavabı artıq müəyyənləşdirib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
“Azərbaycan prezidenti artıq bəyan edib ki, biz AŞPA-dan çıxmağa hazırıq. AŞPA-da müəyyən qüvvələr var ki, onlar Azərbaycanın qurumdan çıxmasına çalışır. Azərbaycandan istədiyini ala bilməyən qüvvələr bu məsələdə xüsusi aktivlik göstərirlər. Azərbaycanın AŞPA-dan çıxması sadə bir məsələ deyil. Əgər bundan sonra da AŞPA-da Azərbaycan əleyhinə fəaliyyət davam edəcəksə ölkəmiz AŞPA-dan çıxmaq məsələsini qəti şəkildə gündəmə gətirəcək” — deyə o bildirib.
Qeyd edək ki, AŞPA-nın oktyabrın 11-də keçirilmiş plenar iclasında Azərbaycanla bağlı hesabatlar üzrə iki Qətnamə qəbul olunub.