BAKI, 12 oktyabr — Sputnik. Türkiyəli müğənni Gökhan Doğanay silahlı hücuma məruz qalıb. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, müğənniyə 3 güllə dəysə, onlar öldürücü olmayıb və vəziyyəti qənaətbəxşdir.
İddialara görə, Doğanay bardan çıxdıqdan sonra, yoldaşları ilə birlikdə "34 YN 9027" markalı avtomobilə minərək ərazidən uzaqlaşıb. Yolda olarkən, naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar və müğənni ayağından 3 güllə yarası alıb.
O, təcili xəstəxanaya yerləşdirilib. Polis avtomobildə 12 güllə izi aşkar edib. Hadisə ilə bağlı araşdırma başlanılıb.