CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə gözlənilən qərarı verdi

© AFP 2024 / SAM PANTHAKY Hindistanda toy, arxiv şəkli
Hindistanda toy, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunlar kişilərə rəsmi evlilik olduğu təqdirdə 15 yaşdan yuxarı qızlarla cinsi əlaqəyə girməyə icazə verir

BAKI, 12 oktyabr — Sputnik. Hindistan Ali Məhkəməsi erkən nikahlarla bağlı maraqlı qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, qərara görə bundan sonra 18 yaşdan kiçik qızlarla evlənmək, cinsi münasibətdə olmaq təcavüz hesab ediləcək. Rəsmi məlumatlara görə, ölkədə 23 milyon azyaşlı gəlin var. 18-46 yaşlı qadınların 46 faizi uşaq yaşında evləndirilib.

Qərara görə, indiyə kimi ərə gedən və yaşı 18-dən aşağı olan gəlinlər 1 il müddətində öz həyat yoldaşlarından şikayət edə bilərlər. Əgər gəlin şikayət edərsə, onun həyat yoldaşı üçün "zorlama" maddəsi ilə cinayət işi açıla bilər.

Qeyd edək ki, Hindistanın mövcud qanunvericiliyinə görə, razılıq olub-olmamasından asılı olmayaraq, rəsmi nikah olmadan 18 yaşından kiçik qızlarla cinsi münasibət cinayət sayıla bilər. Buna baxmayaraq ölkədə milyonlarla qız uşağı erkən ərə verilir. Qanunlar kişilərə 15 yaşdan yuxarı qızlara rəsmi evlilik olduğu təqdirdə cinsi əlaqəyə girməyə icazə verirdi. Məhkəmənin verdiyi qərara görə, istisnalar ola bilər. Bura qızların bədən inkişafı da daxildir. Yaşlarından böyük görünən, inkişaf etmiş qızlar xüsusi mütəxəssislərin icazəsi ilə evləndirilə bilər.

Xəbər lenti
0