BAKI, 12 oktyabr — Sputnik. İsrailin baş naziri Binyamin Netanyahu ölkənin YUNESKO-dan çıxmaq barədə qərar qəbul etdiyini bildirib.
“Report” “Haaretz” qəzetinin saytına istinadən xəbər verir ki, Tel-Əviv təşkilatın İsrailə qarşı qərəzli mövqeyindən narazıdır.
Bundan əlavə, Netanyahu ABŞ-ın YUNESKO-dan çıxmaq qərarını alqışlayıb və bu təşkilatı “absurd teatrı” adlandırıb:
"Bu cəsur və düzgün qərardır, çünki YUNESKO absurd teatrına dönüb. Tarixi qorumaq əvəzinə onu təhrif edir".
Bundan əvvəl ABŞ 31 dekabr 2018-ci il tarixindən təşkilatı tərk etmək qərarına gəldiyini bəyan edib.