BAKI, 12 oktyabr — Sputnik. Özbəkistan türk dünyasının ən böyük mədəniyyət mərkəzlərindən biridir. Sputnik Azərbaycan xəbər verir ki, AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin, Daşkənddə Azərbaycanın şair və yazıçılarının özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimat mərasimində, Atatürk Mərkəzinin rəhbəri, deputat Nizami Cəfərov deyib.
"Bu mənada Azərbaycan ilə Özbəkistan arasında ədəbi əlaqələrin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ədəbiyyat sahəsində bu işləri görmək çox çətindir. Bu işlərin görülməsində hər ölkənin öz maraqları var" — deyə N. Cəfərov bildirib.