BAKI, 12 oktyabr — Sputnik. Üç gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində, "Pikup" markalı avtomobil ekskavatora çırpılıb və avtomobilin sürücüsü qəzada ölüb.
Vəfat edən, Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun və tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin bacısı oğlu olduğu ortaya çıxıb. Vüsal İbrahimov xeyli vaxt imiş ki, Hacı İbrahimin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.
Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.