Elxan Şahinoğlu: “Azərbaycan iki ölkə arasındakı proseslərə qarışmır”
“Azərbaycanın istəyi odur ki, ABŞ və Türkiyə arasındakı məsələlər qısa müddətdə həll olunsun”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
“ABŞ və Türkiyə iki keçmiş müttəfiqdir. Aralarındakı gərginlik isə bu iki ölkənin problemidir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, ABŞ isə tərəfdaş ölkədir. Ona görə də Azərbaycan istəməz ki, bu ölkələr arasında münasibətlər gərginləşsin. Azərbaycan bu proseslərə qarışmır” — deyə o bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert Amerikanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşının həbsindən sonra ABŞ və Türkiyə münasibətlərinin yaxşılaşmasının sual altında olduğunu bildirib.