BAKI, 12 oktyabr — Sputnik. ABŞ Dövlət Departamentinin nümayəndə heyəti viza böhranı ilə əlaqədar danışıqlar aparmaq üçün gələn həftə Türkiyəyə gələcək. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, nümayəndə heyətinə Departamentin sədr müavini Conatan Koen başçılıq edəcək.
Viza böhranının həlli üçün Türkiyə — ABŞ birgə komissiyanın yaradılması təklif edilir.
Xatırladaq ki, ABŞ-ın İstanbul Baş konsulluğunun əməkdaşının həbsinin ardınca, Vaşinqton Türkiyə vətəndaşlarına viza qadağası tətbiq edib. Buna cavab olaraq Ankara da analoji addım atıb.