Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda növbəti qalmaqal: sərnişin sükan arxasındakı sürücüyə hücum etdi

© Sputnik / Vitaly BelousovВодитель за рулем автобуса
Водитель за рулем автобуса - Sputnik Azərbaycan
Abunə olmaq
O, "BakıKart" sisteminə bağlı 2 ədəd cihazı sındırıb, daha sonra avtobusun sükanına müdaxilə edərək, qəza şəraiti yaradıb

BAKI, 11 oktyabr — Sputnik. Bakıda daha bir marşrut avtobusunun sürücüsünə hücum edilib. Sputnik Azərbaycan xəbər verir ki, hadisənin video-görüntüsü də yayılıb.

Məlumata görə, hadisə oktyabrın 10-u, saat 19:20 radələrində, "28 May" küçəsində baş verib. 61 saylı xətt üzrə hərəkət edən 10 TH 326 nömrəli avtobusda insident yaşanıb.

Hansısa səbəbdən əsəblərini cilovlaya bilməyən sərnişinlərdən biri sürücüyə hücum edib. O, "BakıKart" sisteminə bağlı 2 ədəd cihazı sındırıb, daha sonra avtobusun sükanına müdaxilə edərək, qəza şəraiti yaradıb.

Bildirilir ki, bu zaman salonda olan sərnişinlərdən biri yıxılaraq, xəsarət alıb. Hadisəni törədən sərnişin sonradan uzaqlaşıb.

Hadisə nəticəsində istismarçı şirkətə ziyan dəyib. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Xəbər lenti
0