Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 11 oktyabr — Sputnik. Qusarda 17 yaşlı qızın özünü öldürməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Məlumatda bildirilir ki, yeniyetmə qızın ailəsi onun sevdiyi gənclə ailə qurmasına imkan verməyib və ailə qızlarını başqa bir şəxslə evləndirmək istəyib. Elə məhz bu səbəbdən Nurlanə evdən qaçaraq özünü qayalıqdan atıb.
Qızın valideynləri isə Qusar prokurorluğunda ilkin ifadələrində bildiriblər ki, qızlarının kimisə sevməsindən xəbərsiz olublar.
Qeyd edək ki, 17 yaşlı yeniyetmə bu gecə özünü Qusar şəhərindəki MM restoranının arxasındakı 10 metr hündürlüyü olan qayalıqdan Qusarçaya atıb. Güman ki, qızın başı çaydakı iri daşlara dəydiyindən dərhal ölüb.
Meyiti görən şahidlər dərhal polisə məlumat veriblər. Gecə qızlarının evdə olmadığı görən valideynlərdə DİN-nin "102" xidmətinə zəng ediblər. Faktla bağlı araşdırmalar davam edir.