Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ölkəmizə hardan daha çox məhsul gəlir?

© pixabay / echosystemBeynəlxalq yük terminalı, arxiv şəkli
Beynəlxalq yük terminalı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ticarət dövriyyəsinin 35,7 faizi Avropa İttifaqı ölkələri, 13,2 faizi MDB üzvü dövlətləri, 51,1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

BAKI, 11 oktyabr — Sputnik. 2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilib, 110 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 15021,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9720,4 milyon dollar, idxalın dəyəri 5300,8 milyon dollar təşkil edib, nəticədə 4419,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,0 faiz artıb, real ifadədə isə 13,3 faiz, o cümlədən ixrac 8,9 faiz, idxal 20,0 faiz azalıb.

Ticarət dövriyyəsinin 35,7 faizi Avropa İttifaqı ölkələri, 13,2 faizi MDB üzvü dövlətləri, 51,1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 21,4 faizi İtaliyaya, 14,2 faizi Türkiyəyə, 6,0 faizi Çinə, 5,1 faizi Rusiyaya, 4,7 faizi Gürcüstana, 4,4 faizi Çexiyaya, 4,2 faizi İsrailə, 3,8 faizi Hindistana, hər biri 3,7 faiz olmaqla Tayvan (Çinin əyaləti), Almaniya və Portuqaliyaya, 3,4 faizi Kanadaya, qalan 21,7 faizi isə digər ölkələrə göndərilən məhsullar əsasında formalaşıb.

İdxal olunanməhsulların dəyərinin 17,2 faizi Rusiyanın, 15,3 faizi Türkiyənin, 10,0 faizi Çinin, 7,8 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 4,4 faizi Ukraynanın, 3,9 faizi İtaliyanın, hər biri 3,0 faiz olmaqla İran və Birləşmiş Krallığın, 2,8 faizi Braziliyanın, 2,2 faizi Norveçin, 1,7 faizi Fransanın, 24,0 faizi isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-avqust aylarında 963,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə isə 27,4 faiz çoxdur.

2017-ci ilin yanvar-avqust aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 86,3 faiz, təzə meyvə – 34,6 faiz, kartof – 50,7 faiz, tütün – 92,1 faiz, bitki yağları – 14,2 faiz, çay – 53,8 faiz, meyvə və tərəvəz şirələri – 75,8 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 73,5 faiz, meyvə və tərəvəz konservləri – 0,8 faiz, pambıq lifi – 6,3 dəfə, bentonit gili – 3,7 dəfə artmış, şəkər ixracı isə 34,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,8 faiz, polietilen – 0,4 faiz, emal olunmamış alüminium – 26,8 faiz, qara metallardan borular – 6,9 faiz, qara metallardan yarımfabrikatlar – 28,3 faiz, pambıq ipliyi – 34,1 faiz azalıb.

2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə 2017-ci ilin yanvar-avqust aylarında bitki yağları idxalı 2,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,8 faiz, təzə meyvə – 8,6 faiz, çay – 1,6 faiz, quş əti və onun əlavə məhsulları – 55,2 faiz, mal əti – 2,2 dəfə, minik avtomobilləri – 63,5 faiz, polad prokatı – 7,9 faiz, hesablama maşınları, blok və qurğuları – 70,9 faiz, mebel – 2,4 dəfə, qara metallardan çubuqlar – 18,7 faiz, rezin şinlər – 38,2 faiz, mineral gübrələr – 2,9 dəfə, məişət kondisionerləri – 25,0 faiz, qara metallardan künclüklər – 35,2 faiz, paltaryuyan maşınlar – 77,8 faiz, yük avtomobilləri – 76,3 faiz, avtobuslar – 2,5 dəfə artmış, buğda idxalı isə 36,2 faiz, xam şəkər və şəkər – 8,7 faiz, kartof – 5,2 faiz, təzə tərəvəz – 44,7 faiz, qara metallardan borular – 63,1 faiz, polietilen – 20,6 faiz, sement və sement klinkerləri – 93,8 faiz, məişət soyuducuları – 28,0 faiz azalıb.

Xəbər lenti
0