BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 12-də Tacikistanın paytaxtı Düşənbədə MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
“Report” xəbər verir ki, iclasda müdafiə və təhlükəsizlik sahəsinə dair çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müzakirələr aparılacaq.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Ermənistan və Özbəkistan nümayəndə heyətləri, birliyin hərbi-diplomatik korpusunun, MDB İcraiyyə Komitəsi və üzv ölkələrin Müdafiə Nazirləri Şurasının nümayəndələri iştirak edəcək.
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Tacikistan Respublikasının paytaxtı Düşəndə şəhərinə yola düşüb.