BAKI, 10 oktyabr — Sputnik. İspaniyanın Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon bildirib ki, region respublika şəklində müstəqil dövlət olmaq hüququ əldə edib.
Sputnik xəbər verir ki, bunu o, yerli parlament qarşısında çıxışı zamanı bildirib.
"Milyonlarla vətəndaşın fikrincə, özünüidarəetməni saxlamağın yeganə yolu ondan ibarətdir ki, Kataloniya müstəqil olmalıdır" — deyə Puçdemon bildirib.
Bununla belə o, parlamentariləri müstəqilliyi elan etməyi müvəqqəti olaraq təxirə salmağa və hakimiyyət ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, referendumun nəticələri dialoq zamanı nəzərə alınmalıdır.