BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Xalq Hərəkatının lideri və mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli xəbər verib.
Onun sözlərinə görə, A. Əliyev uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi: "O, bu gün səhər saatlarında həyata vida edib və Sulutəpə qəbiristanlığında dəfn olunacaq".
Qeyd edək ki, mərhumun 83 yaşı var idi. O, Elçibəyin vəfatından sonra parçalanmış Azərbaycan Xalq Cəbhəsini birləşdirmək istiqamətində atdığı addımlarla məşhurlaşmışdı. Amma cəhdləri nəticəsiz qalmışdı.