CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət onların qayğısına qalır...

CC0 / stevepb / WheelchairƏlil arabası, arxiv şəkli
Əlil arabası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il 16 601 nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib.

BAKI, 11 oktyabr — Sputnik. Cari ilin 9 ayında 16,6 min nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunub. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində 16 601 nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib.

Həmin insanlardan 6 965 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə bərpa-müalicə xidmətləri göstərilib. Onların sosial statusunun bərpası və cəmiyyətə inteqrasiyası məqsədilə fərdi reabilitasiya proqramları əsasında kompleks bərpa-müalicə tədbirləri həyata keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illərdə nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində ən yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraiti yaradılıb. Hazırda digər bir sıra reabilitasiya müsəssisələrində bərpa-müalicə şəraitinin ən müasir tələblərə uyğun qurulması üçün müvafiq işlər aparılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılmaqla, bu təbəqədən olan uşaqların fizioterapevtik müalicə xidmətləri ilə təmin edilməsi imkanları xeyli genişləndirilib. 

Студия международного информационного агентства и радио Sputnik - Sputnik Azərbaycan
Azərbaycanda əlillər sahibkarlıqla məşğul ola bilərmi?

Hesabat dövründə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən isə 9 636 nəfər əlilliyi olan şəxs ehtiyaclarına uyğun şəkildə protez-ortopedik xidmətlərlə təmin olunub. Dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onlara ümumilikdə 22 453 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (o cümlədən 645 ədəd əlil arabası, 885 ədəd aşağı və yuxarı ətraf protezi, 1 297 ədəd aşağı və yuxarı ətraf ortezi, 6 545 ədəd müxtəlif reabilitasiya vasitəsi, 1 886 cüt protez ayaqqabı, 3 415 cüt ortopedik ayaqqabı, 417 ədəd bel və boyun nahiyəsi üçün korset, 592 cüt qoltuqaltı ağac, 349 ədəd eşitmə aparatı, 966 cüt dirsəkaltı ağac, 495 ədəd dördayaqlı dayaq vasitəsi, 1 392 ədəd əsa və s.) verilib.

Protez-Ortopedik Bərpa Mərkəzi və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş şəxslərə protezlə hərəkət edilməsinin öyrədilməsi, skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə reabilitasiya xidmətləri də göstərilib.

Xəbər lenti
0