BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 11-də Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının və Ali Avrasiya İqtisadi Şurasının iclaslarında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev naharda iştirak edib.
Azərbaycan prezidenti İlham Əliyevin Soçi şəhərinə səfəri oktyabrın 11-də başa çatıb.