Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Mirzəzadə: “Amerika Türkiyəsiz beynəlxalq aləmdə rahat addımlaya bilməz”

Abunə olmaq
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyir ki, Türkiyə bunu etməsəydi, ona qarşı edilən həmlələrdən çəkindiyini göstərərdi

Aydın Mirzəzadə: “Türkiyə öz suverenliyini qoruyan addım atıb”
“ABŞ ilə Türkiyə arasında problem həll olunacaq”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

“Türkiyə tamamilə düzgün olaraq öz suverenliyini qoruyan addım atıb. Bunu etməsəydi, beynəlxalq nüfuzunu itirərdi, ona qarşı edilən həmlələrdən çəkindiyini göstərərdi. Nə Amerika Türkiyəsiz, nə də Türkiyə Amerikasız bu gün beynəlxalq aləmdə rahat addımlaya bilər” — deyə o bildirib.

Qeyd edək ki, ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Xəbər lenti
0