Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rəsmi açıqlama: "Aksiz vergiləri artırılacaq"

© Sputnik / Murad OrujovMaliyyə hesabatı, arxiv şəkli
Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Aydın Əliyev: "Hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır"

BAKI, 11 oktyabr — Sputnik. Hökumət aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə edir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev açıqlama verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır: "Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil".

"Tütün və spirtli içkilərin idxalı məsələsində biz ilk növbədə əhalinin sağlamlığını düşünməliyik. Həmçinin Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var" — DGK sədri bildirib.

Xəbər lenti
0