CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İŞİD-ə qoşulmuş azərbaycanlı ailəsinin dəhşətli keçmişi

© SputnikAbdulla
Abdulla - Sputnik Azərbaycan
Abunə olmaq
İşləmək adı ilə ölkəni tərk edən Süleyman Abdullayev ailəsi ilə birlikdə Türkiyədən İraqa yollanıb

BAKI, 11 oktyabr — Sputnik. Bir müddət əvvəl İŞİD terrorçularından xilas edilən və Sputnik Azərbaycan-ın ilk olaraq barələrində məlumat verdiyi azərbaycanlı uşaq Abdullanın ailəsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Belə ki, AzVision.az-ın araşdırması zamanı məlum olub ki, 3 yaşlı Abdullanın atası Süleyman Abdullayev Bakının Suraxanı rayonunda yaşayıb, ailə qurduqdan sonra Türkiyəyə köçüb.

Azərbaycan Respublikasının İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan Abdullaya baş çəkib - Sputnik Azərbaycan
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların qohumları tapıldı - VİDEO

İşləmək adı ilə ölkəni tərk edən Süleyman ailəsi ilə birlikdə Türkiyədən İraqa yollanıb. 

İŞİD sıralarına qoşulan Süleyman, həyat yoldaşı İlahə Abdullayeva və övladları partlayış zamanı həlak olublar. Xoşbəxtlikdən Abdulla sağ qalıb.

Əldə edilən digər məlumata görə, Abdullanın anası ölən zamanı hamilə olub. Onun bətnindəki körpəsi ilə yanaşı, 4 uşağı məlum hadisə zamanı ölüb. Abdullanın böyük bacısı Əsmanın 12 yaşı olub.

İlahə Abdullayevanın dayısı Elçin Zeynalov qeyd edilən məlumatları təsdiqləyib. 

Абдулла из детского приюта в Багдаде - Sputnik Azərbaycan
CƏMİYYƏT
İraqda tapılan azərbaycanlı uşaqların gözyaşardıcı videosu yayıldı

"Abdullanın tapılması barədə xəbəri televizordan eşitdik. Onların İraqa getdiklərini bilmirdik. Elə bilirdik ki, onlar Türkiyədə yaşayırlar. İlahə Türkiyədə olanda, onunla tez-tez əlaqə saxlayırdıq. Abdullanın Azərbaycana gətirilməsi ilə bağlı dövlət qurumlarına müraciət etmişik. İlahə və ölən uşaqlarının cənazəsini ölkəyə gətirə bilmədik. Çünki onların meyitləri tapılmadı. Bu yaxınlarda 40 mərasimi olacaq. İlahənin valideynləri bu itki ilə barışa bilmirlər. Anası Səfayənin bu hadisədən sonra səhhəti pisləşib. O, hazırda xəstəxanada müalicə alır. Biz Abdulladan imtina etməmişik. Onun yolunu gözləyirik. Deyirlər ki, Abdulla bir həftəyə Azərbaycana gətiriləcək. Babası Əliqulu Abdullaya sahib çıxmağa hazırdır. Bu, çox ağır dərddir. Heç kimin övladı belə yola getməsin. Nəticəsi ailələr üçün faciə olur" – Abdullanın qohumu bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) isə bildirilib ki, hazırda Abdullanın ölkəyə gətirilməsi üçün danışıqlar aparılır.

Xəbər lenti
0