CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurban getməmək üçün rəsmi orqana sığınasan, orda da başına iş gələ...

© Sputnik / Anar MustafayevПодписание договора страхования
Подписание договора страхования - Sputnik Azərbaycan
Abunə olmaq
"Dəfələrlə şahid olmuşam ki, notariat işçilərinin vəzifələrini düzgün yerinə yetirməmələri səbəbindən vətəndaşlara ziyan dəyib"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 10 oktyabr — Sputnik. Müasir dövrdə insanlar bir-birləri ilə işbirliyi qurarkən, bunu notariat kontoru vasitəsi ilə həll etməyi üstün tuturlar. Səbəb isə sadədir. Çünki insanlar bu idarədən verilən sənədlərin arxasında dövlət zəmanəti durduğunu bilir və bu səbəbdən də daha arxayın iş görür.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin binası - Sputnik Azərbaycan
HADİSƏ
Bakıdakı bütün notariat kontorlarının fəaliyyəti dayandırıldı

Amma təəssüf ki, vətəndaşların bel bağladıqları bu orqan da qüsursuz deyil. Bəzən anlaşılmazlıqdan və ya notariat kontorunun işçilərinin səhvi səbəbindən vətəndaşlara maddi və ya mənəvi zərbə dəyir. Bəs belə olanda, vətəndaşa dəyən maddi və mənəvi ziyanı kim ödəməlidir?

Sputnik Azərbaycan-a açıqlama verən vəkil Elyar Həsənov bildirir ki, belə hallara tez-tez rast gəlinir: "Öncə onu qeyd edim ki, notariat qiymətləri əhalinin orta aylıq əmək haqqına görə çox bahadır. Eyni zamanda, notariat kontoru işçilərinin səhvlərinə də tez-tez rast gəlirik. Sənədlərdə və müqavilələrdə səhv edən notariat işçilərinə görə hər hansı maddi və mənəvi ziyana düşən vətəndaşın hüququ var ki, ona dəyən zərəri məhkəmə yolu ilə notariat kontorundan alsın".

Vəkil qeyd edir ki, məhkəmələr bu məsələlərə o qədər də ciddi yanaşmır: "Vətəndaşlar hüquqlarını tələb etsələr, onlara dəymiş ziyanı ala bilərlər. Əks halda onlara dəyən ziyanı ödəməyəcəklər".

"Notariat kontorlarının sığorta hesabları olur. Onlar sığorta ödəyir ki, sabah notariatda hər hansı problem olanda, özləri vətəndaşa dəymiş ziyanı ödəyə bilsinlər" – deyə Elyar Həsənov əlavə edib.

Həsənovun sözlərinə görə, bizdə notariat işçilərinin məhkəməyə verilməsi praktikası yox səviyyəsindədir: "Mən vəkil olaraq dəfələrlə şahid olmuşam ki, notariat işçilərinin vəzifələrini düzgün yerinə yetirməmələri səbəbindən vətəndaşlara ziyan dəyib. Təəssüflər olsun ki, bəzən məhkəmələr də notariat kontorunun məsuliyyətdən yayınmasına göz yumurlar. Bir sözlə, qanunvericilikdə bu hallar var, amma praktikada demək olar ki, inkişaf eləməyib".

Hüquqşünas Asif Abdullayev də Sputnik Azərbaycan-a danışır ki, belə hallar baş verərsə və notariatda çalışanların səhvləri nəticəsində vətəndaşa ziyan dəyərsə, notariat kontoru dəymiş ziyanı ödəməlidir: "Vətəndaş məhkəməyə müraciət edərək ona dəyən maddi ziyanı tələb edə bilər və idarə mütləq vətəndaşa dəyən ziyanı ödəməlidir. O ki qaldı mənəvi ziyana, bunu artıq məhkəmə müəyyən etməlidir. Həqiqətən belə hal aşkarlanarsa, notariat kontoru bu ziyanı da ödəməyə məcburdur".

Xəbər lenti
0