BAKI, 10 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın, İsrail-Fələstin sülh prosesini bir daha sınaqdan keçirmədən, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi düşünmədiyini açıqlaması İsraildə narazılıq yaradıb. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bəyanata rəsmi Təl-Əvivdən reaksiya gəlib.
İsrailin Qüds işləri naziri Zeev Elkin, Trampın ABŞ səfirliyini Qüdsə köçürmə vədini yerinə yetirməməsindən məyus olduqlarını söyləyib.
Qeyd edək ki, Tramp "Hazırda bir plan üzərində işləyirik. Hər kəs bu planın illərdir işə yaramadığını deyir. İsrail-Fələstin sülhünün ən çətin iş olduğunu deyirlər. Amma biz bunu etməyə çalışacağıq" deyib.
Onu da xatırladaq ki, Tramp seçki dövründə ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürməyə sözü vermişdi.