Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qax sakininə xoş olmayan elektrik sürprizi

© Sputnik / Anar MustafayevElektrik dirəyi, arxiv şəkli
Elektrik dirəyi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov yaşadığı evin həyətində santexnik işləri görərkən ehtiyatsızlığın qurbanı olub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 oktyabr — Sputnik. Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov yaşadığı evin həyətində santexnik işləri görərkən ehtiyatsızlığın qurbanı olub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun gənc sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Z.Əhmədov həyətdə plastmas boruları yapışdıran ütüdən istifadə edirmiş. O, işini tamamlayarkən ehtiyatsızlıq edib. Bir neçə yerdən zədəli olan uzadıcı naqilin açıq hissəsinə əllə toxunub. Yer yaş olduğundan elektrik cərəyanı onu vuraraq yerindəcə öldürüb.

Əhmədov 1990-cı il oktyabrın 10-da Qax şəhərində doğulub və bu gün 27 yaşını qeyd edəcəkdi. 

Xəbər lenti
0