Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 10 oktyabr — Sputnik. Dünən axşam saatlarında Şəki rayonunda faciə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.
Dörd uşaq atası olan Həsrət Əliyevin intihar etdiyi məlum olub. Bildirilir ki, polis çavuşu Həsrət Əliyev DİN-in Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.
İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.