Elman Nəsirov: “Azərbaycana qarşı selektiv yanaşma var”
“Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq”. Bunu prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.
Millət vəkili Elman Nəsirov Sputnik Azərbaycan-a deyir ki, Avropa Şurası Azərbaycana münasibətdə bizim regionda lider dövlət olmağımızı və Avropanın enerji təhlükəsizliyinə verdiyimiz töhfəni nəzərə almalıdır: “Biz beynəlxalq sülhə və təhlükəsizliyə çox böyük töhfələr veririk. Avropa Şurası Azərbaycana yönəlmiş haqsız yanaşmalara obyektiv mövqeyi ilə cavab verməlidir. Azərbaycana qarşı selektiv yanaşma var”.