BAKI, 10 oktyabr — Sputnik. Ukraynada yanğın zamanı ölən İntiqam Abışov, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, 39 yaşlı İ. Abışov Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı dünyasını dəyişib. O, Sabirabad rayonunda dəfn edilib.
Qeyd edək ki, hadisə zamanı ümumilikdə 4 azərbaycanlı faciəli şəkildə ölüb. Yanğına səbəb kimi elektrik sobasının cərəyana qoşulu vəziyyətdə qalması göstərilir.