BAKI, 10 oktyabr — Sputnik. İsrail ordusundan verilən açıqlamaya görə, orduya məxsus tanklar Qəzza zolağının cənubundakı HƏMAS-a aid bir hərbi bazanı vurub.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, açıqlamada axşam saatlarında Qəzzadan İsrailin Aşkelon şəhəri yaxınlığına raket atıldığı bildirilir. İsrail tankı raket hücumuna cavab olaraq HƏMAS-ın Qəzza zolağındakı mövqeyinə zərbə endirib.
Həmçinin bildirilib ki, Qəzzadan atılan raket boş bir əraziyə düşüb və heç bir yaralanmaya və ya ölümə səbəb olmayıb.
İsrailin əsas olaraq göstərdiyi raket hücumunu isə Qəzza zolağındakı fələstinli qruplardan öz üzərinə götürən olmayıb.