BAKI, 10 oktyabr — Sputnik. Oktyabrın 10-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi oktyabrın 9-u ilə müqayisədə dəyişməyərək 1,7002 manat olub. Avronun məzənnəsi isə 2.0011 manata qalxıb. Rublun məzənnəsi isə 0,0292 manatda qalıb.
Xatırladaq ki, oktyabrın 9-da rəsmi olaraq 1 dollar 1,7002 manata, 1 avro isə 1.9953 manata, 1 Rubl 0,0292 manata bərabər idi.
Onu da əlavə edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracı keçiriləcək.
Bu arada, banklarda səhər saatlarına olan dolların və avronun alış-satış qiymətləri açıqlanıb. Sputnik Azərbaycan Marja-ya istinadən həmin cədvəli təqdim edir (Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin bankların filiallarında məzənnələr fərqli ola bilər):
© CədvəlBanklarda dolların və avronun bu günə alış-satış qiymətləri
Banklarda dolların və avronun bu günə alış-satış qiymətləri
© Cədvəl