Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Qanlı göl" yaxınlığında ağıla gəlməyən ölüm ssenarisi

CC0 / sluehr3g / gunОхотничье ружье, фото из архива
Охотничье ружье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Canavarları qorxutmaq istəyərəkən arvadını güllələdi, onu ölümdən xilas etmək istədikdə isə...

BAKI, 10 oktyabr — Sputnik. Bakının Yasamal rayonunda ailə dramı yaşanıb. Kişi öz arvadını dörd azyaşlı uşağının gözü qarşısında güllələyib. İlkin istintaq zamanı məlum olub ki, kişi arvadını öldürmək istəməyib, təsadüf nəticəsində atəş açılıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Нож в руке, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nişanlısını öldürən şəxs cəza çəkmək istəmir

Qeyd edək ki, hadisə 9 oktyabrda günorta saatlarında baş verib. Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin ərazisində, "Qanlı göl" yaxınlığında yerləşən həyət evində 1977-ci il təvəllüdlü Həbib Kərimov ov tüfəngi ilə 1980-ci il təvəllüdlü həyat yoldaşı Səbinə Kərimovanı güllələyib.

Hadisə yerinə gələn əməliyyat-istintaq qrupu qətlin hansı şəraitdə baş verdiyini aydınlaşdırıblar. Məlum olub ki, kişi evə nahar fasiləsinə gəlib. Kərimovun sözlərinə görə, heç özü də bilmir ki, niyə ov tüfənginə baxmaq qərarına gəlib.

Kərimov deyib ki, silah qardaşına məxsusdur və özünün ondan istifadə etməyə icazəsi var. O, silahı ona görə borc götürüb ki, "Qanlı göl" yaxınlığında sayı həddindən çox olan canavarları qorxutsun.

Kərimov silahı əlinə alanda qızı ona deyib ki, havaya atəş açsın. Çünki o, adətən canavarları qorxutmaq üçün belə edirmiş. Birdən silah Kərimovun əlindən yerə düşüb və qəfil atəş açılıb. Güllə ondan bir neçə addım aralıda dayanan həyat yoldaşına dəyib. Kərimov qanı axa-axa arvadını maşına qoyub ki, təcili xəstəxanaya çatdırsın. O, avtomobili yüksək sürətlə sürüb, amma yolda maşın aşıb. Kişi arvadını maşından çıxaranda o, artıq ölübmüş.

Kərimovların qonşularının istintaqa verdiyi ifadəyə görə, ailə mehriban və imkanlıdır. Ətrafda heç vaxt onların qalmaqalı eşidilməyib. Ailə başçısı həmişə ətrafdakılarla dostcasına və nəzakətli rəftar edir. Əlbəttə, Kərimovun arvadını öldürməsi üçün heç bir səbəb olmayıb. İstintaqın gəldiyi ilkin qənaətə görə, qətl ehtiyatsızlıqdan törədilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0