ELM

Birinci vitse-prezident görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib

© Photo : AZƏRTACBirinci vitse-prezident görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib
Birinci vitse-prezident görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib - Sputnik Azərbaycan
Abunə olmaq
Görkəmli alim Aida İmanquliyeva Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunun direktoru vəzifəsində çalışıb

BAKI, 10 oktyabr — Sputnik. Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

Sputnik Azərbaycan-nın məlumatına görə, M. Əliyeva Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzüb.

Sonra M. Əliyeva Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyub. M. Əliyeva həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

© Photo : AZƏRTACBirinci vitse-prezident görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib
Birinci vitse-prezident görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib - Sputnik Azərbaycan
1/3
Birinci vitse-prezident görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib
© Photo : AZƏRTACMehriban Əliyeva Heydər Əliyevin məzarı önündə
Mehriban Əliyeva Heydər Əliyevin məzarı önündə - Sputnik Azərbaycan
2/3
Mehriban Əliyeva Heydər Əliyevin məzarı önündə
© Photo : AZƏRTACMehriban Əliyeva Zərifə Əliyevanın məzarı önündə
Mehriban Əliyeva Zərifə Əliyevanın məzarı önündə - Sputnik Azərbaycan
3/3
Mehriban Əliyeva Zərifə Əliyevanın məzarı önündə
1/3
Birinci vitse-prezident görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib
2/3
Mehriban Əliyeva Heydər Əliyevin məzarı önündə
3/3
Mehriban Əliyeva Zərifə Əliyevanın məzarı önündə

Qeyd edək ki, görkəmli şərqşünas alim Aida İmanquliyeva Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, direktor vəzifəsində çalışıb. Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub.

Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olub. "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında", "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi", "Sovet Azərbaycanı və xarici Şərq", "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi", "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri", "Şərq filologiyası məsələləri", "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə", "Xarici Şərqin problemləri: tarix və müasirlik", "Şərq ədəbiyyatında ənənə və novatorluq" məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olub. 

Xəbər lenti
0