SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Binəli Yıldırım ABŞ-ın qəbul etmədiyi təklifi açıqladı

© AP Photo / Petros GiannakourisTürkiyənin baş naziri Binəli Yıldırım
Türkiyənin baş naziri Binəli Yıldırım - Sputnik Azərbaycan
Abunə olmaq
"Rəsmi bankımızın baş direktor müavinini həbs edərkən bizdən soruşdunuz, bizdən icazə aldınız? FETÖ-nün rəhbəri Fətullah Güləni niyə orada bəsləyirsiniz? Bu, müttəfiqliyə, dostluğa sığarmı?"

BAKI, 10 oktyabr — Sputnik. "Həftə sonu təəssüf ki, ABŞ müttəfiqlik münasibətimizə uyğun gəlməyən bir qərar verdi və ölkəmizə viza verməyi dayandırdığını elan etdi. Belə bir vəziyyət müttəfiqlik münasibətinə uyğun gəlmir. Bizə qarşı edilənə ikiqat cavab verərik. Türkiyə hüquqi dövlətdir və ölkəmizdə kimisə həbs etmək üçün sizlərdən icazə alacağıq? Onların icazəsini alacağıq?"

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. 

Президент США Дональд Трамп наблюдает, как президент Турции Реджеп Тайип Эрдоган отбывает у входа в Западное крыло Белого дома в Вашингтоне, США 16 мая 2017 года - Sputnik Azərbaycan
TƏHLİL
"Türkiyə ABŞ-a adekvat cavab verməklə düzgün addım atdı, əks halda..."

Türkiyənin baş naziri viza böhranı öncəsi ABŞ missiyalarının təhlükəsizliyinin artırılması üçün görüş keçirdiklərini, amma, səfirliyin "təhlükəsizlik problemimiz yoxdur" deyərək təklifi rədd etdiyini açıqlayıb.

Yıldırım bildirib ki, vizaların təxirə salınmasının səbəbinin təhlükəsizlik kimi göstərilməsi düz deyil.

"Rəsmi bankımızın baş direktor müavinini həbs edərkən bizdən soruşdunuz, bizdən icazə aldınız? FETÖ-nün rəhbəri Fətullah Güləni niyə orada bəsləyirsiniz? Bu, müttəfiqliyə, dostluğa sığarmı?" — deyə Türkiyənin baş naziri bildirib.

Xəbər lenti
0