BAKI, 10 oktyabr — Sputnik. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müvəqqəti sədri şeçilib.
"Report" xəbər verir ki, AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə Stella Kiriakides (Kipr) müvəqqəti sədri vəzifəsinə seçilib.
Gizli səsvermə zamanı Stella Kiriakides 132, Emanuelis Zinqerisdir (Litva) isə 88 səs toplayıb.
O, 2018-ci il yanvar ayınadək 8-dək bu vəzifəni icra edəcək.
Xatırladaq ki, Pedro Aqramuntun istefasından sonra AŞPA-nın prezidenti vəzifəsinə iki namizəd var idi.