Bir ay davam edəcək yarmarkada bu il 324 arıçı iştirak edir. Yarmarkada balla yanaşı arı şanı, propolis, arı mumu da satışa çıxarılıb. Balın qiyməti 1 kiloqrama görə 25-30 manat təşkil edir.
Yarmarkada təqdim edilən bütün məhsullar nazirliyin xüsusi laboratoriyalarında tədqiq edilib və satıcı-arıçılara məhsulun keyfiyyətinə dair sertifikat verilib.
Qeyd edək ki, yarmarka Nobel prospekti 23 ünvanında yerləşən "AMAY" Ticarət Mərkəzində təşkil edilib. Bal almaq üçün noyabrın 5-dək vaxtınız var.