CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropa pulsuz Wi-Fi-ya keçir

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidPulsuz Wi-Fi zonası, arxiv şəkli
Pulsuz Wi-Fi zonası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı "WiFi4EU" layihəsi çərçivəsində bələdiyyə binalarında, kitabxanalarda, parklarda və digər ictimai yerlərdə pulsuz kabelsiz internet xidmətini təmin etməyə başlayacaq

BAKI, 10 oktyabr — Sputnik. Avropa İttifaqı (Aİ) bələdiyyə binalarında, kitabxanalarda, parklarda və digər ictimai yerlərdə pulsuz kabelsiz internet xidmətini təmin etməyə başlayacaq.

Sputnik Azərbaycan "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, qanun çərçivəsində Aİ daxilində 2020-ci ilədək ən az 6 min bölgədə yüksək sürətdə kabelsiz internet xidməti təmin ediləcək. Avropa Parlamentində layihəyə dair rəsmi müqavilə may ayında imzalanıb.

Estoniyalı nazir Urve Palo deyib ki, "WiFi4EU" layihəsi bir çox vətəndaşın yüksək sürətli internetə daxilolmasını təmin edəcək, bələdiyyə, kitabxana və digər dövlət qurumlarına rəqəmsal xidmətlərini dəstəkləmə imkanı verəcək.

Aİ-nin pulsuz kabelsiz internet layihəsi üçün ayırdığı maliyyə 120 milyon avro olacaq. Layihənin icrasına 2018-ci ilin ilk aylarında başlanacaq.

Xəbər lenti
0