Türkiyə-ABŞ böhranı: buzlar əriyir?

© AFP 2024 / ADEM ALTANABŞ-ın Ankaradakı səfirliyi
ABŞ-ın Ankaradakı səfirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun daha bir əməkdaşı barədə həbs qərarı verilib

BAKI, 9 oktyabr — Sputnik. Türkiyə ilə ABŞ arasındakı böhrandan sonra tərəflər arasında ilk əlaqə yaradılıb.

Sputnik Azərbaycan-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Ankaradakı səfirliyinin müşaviri Filip Kosnett Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona Ankaranın Türkiyəyə qarşı qəbul olunmuş qərarın ləğv olunmasını gözlədiyi bildirilib. Türkiyə xarici işlər nazirinin müşaviri isə ABŞ səfiri Con Bassla telefonla danışıb. Lakin ölkənin ədliyyə naziri Abdulhamit Gül ABŞ-ın Türkiyədəki səfiri Con Bassın görüş təklifini qəbul etməyib.

Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Bu arada ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun daha bir əməkdaşı barədə həbs qərarı verilib.

Haqqında həbs qərarı verilən baş konsulluq əməkdaşının həyat yoldaşı və övladının ifadəsi alınır. Həmin şəxs hazırda baş konsulluqdadır, binanı tərk etmir.

Xəbər lenti
0