BAKI, 9 oktyabr — Sputnik. Türkiyədə səhər saatlarında avronun məzənnəsi 4.52-ni, dolların məzənnəsi isə 3.85-i keçib.
Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, avro Türkiyə ilə ABŞ arasındakı viza böhranından sonra həftənin ilk günündə səhər 4.5211 ilə rekord vurub.
Türkiyədə dolların məzənnəsi də səhər saatlarında 3.85-i keçib.
ABŞ və Türkiyə vizaların dayandırılması ilə bağlı qərar verib.