Nizami Cəfərov: “Azərbaycan ədəbi dilinin normalarını publisistika formalaşdırır”
“Azərbaycan dilinin normaları bədii üslub hesabına formalaşır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Nizami Cəfərov deyib.
“Bu gün müasir Azərbaycan ədəbi dilinin normalarını, inkişaf istiqamətlərini publisistika formalaşdırır. Azərbaycan ədəbi dili nə yazıçı dili hesabına, nə də elmin dili hesabına inkişaf edir. Bizim şifahi ədəbi dilimizdə problemlər var. Məişət dilinə ədəbi dildən kənar təzahür kimi baxa bilmərik. Ona görə də məişət dili televiziyaya gəlməlidir” — deyə o bildirib.