BAKI, 9 oktyabr — Sputnik. Kəlbəcərdə yetişdirilən pomidorlar Moskvanın iri meyvə-tərəvəz bazarlarında satışa çıxarılıb. Sputnik Azərbaycan Pressnews-a istinadən xəbər verir ki, pomidor barədə məlumat olan kağızda məhsulun Kəlbəcərdə tam təbii üsulla yetişdirildiyi qeyd olunub.
Əsas maraqlı məqam isə ondan ibarətdir ki, Kəlbəcər erməni işğalında olmasına baxmayaraq, pomidorların istehsalçısı kimi azərbaycanlı adı qeyd olunub. Fermerin adı Talıbov Zabil Ocaqverdi oğlu, ünvan kimi isə Azərbaycan Respublikası, Kəlbəcər rayonu göstərilib.