Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir nəfər marafon zamanı vəfat etdi

© REUTERS / Zoubeir SouissiTunisin səhiyyə naziri Slim Çaker, arxiv şəkli
Tunisin səhiyyə naziri Slim Çaker, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsədi uşaqlar üçün onkoloji mərkəzin tikintisinə vəsait toplamaq olan qaçış Nabul şəhərində baş tutmalı idi

BAKI, 9 oktyabr — Sputnik. Tunisin səhiyyə naziri Slim Çaker xeyriyyə marafonu zamanı infarkt keçirərək vəfat edib.

Bu barədə "Report" xəbər verir.

Məqsədi uşaqlar üçün onkoloji mərkəzin tikintisinə vəsait toplamaq olan qaçış ölkənin şimal-şərqində yerləşən Nabul kurort şəhərində baş tutmalı idi.

56 yaşlı S.Çaker, təxminən, 500 metr məsafə qaçdıqdan sonra özünü pis hiss etməyə başlayıb. Naziri təcili surətdə hərbi hospitala gömdərsələr də, o, elə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, keçmiş bankir olan S.Çaker 2017-ci ilin avqust ayında Tunisin səhiyyə naziri təyin edilmışdi.

Xəbər lenti
0