BAKI, 9 oktyabr — Sputnik. Antarktida sahillərində 6,3 bal gücündə zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:48-də Ballen adaları ərazisində qeydə alınıb.
Zəlzələnin buzlaqlara təsiri barədə hələlik məlumat yoxdur.